RU

ChatGPT-dən məsləhət aldı, xəstəxanaya düşdü

Vaşinqtonda (ABŞ) 60 yaşlı kişi ChatGPT-dən aldığı qida məsləhəti səbəbindən zəhərlənərək xəstəxanaya yerləşdirilib və həftələrlə hallüsinasiyalarla mübarizə aparıb.

Bizim.Media xəbər verir ki, duzu qida rasionundan çıxarmaq qərarına gələn kişi bunun üçün ChatGPT-dən alternativ soruşub. 

Süni intellekt ona natriumbromid adlı maddəni tövsiyə edib. Kişi bu maddəni satın alaraq üç ay boyunca süfrə duzu əvəzinə istifadə edib.

Nəticədə o, xəstəxanaya yerləşdirilib və paranoid deluziyalar, görmə və eşitmə hallüsinasiyaları yaşayıb. Kişi hətta xəstəxanada su qəbul etməkdən də imtina edib, qonşusunun onu zəhərlədiyinə inanıb.

Həkimlər onun bromid zəhərlənməsindən (bromizm) əziyyət çəkdiyini müəyyən ediblər. Bu zəhərlənmə nevroloji və psixi simptomlarla yanaşı dəri üzərində ləkələr, yorğunluq, yuxusuzluq, hərəkət pozuntuları və həddindən artıq susuzluq yaradır.

Kişi xəstəxanada üç həftə müalicə olunub və hazırda vəziyyəti normaldır. (Milli.Az)

Bizim.Media 

Избранный
51
5
bizim.media

6Источники