RU

Trampın ikinci prezidentliyində 1,6 milyon qeyri-qanuni miqrant ABŞ-ni tərk edib

Bakı. Trend:

Donald Trampın ikinci prezidentlik müddətinin başlanmasındanbəri təxminən 1,6 milyon qeyri-qanuni miqrant ABŞ-ni tərk edib.

Trend xəbər verir ki, bubarədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem açıqlamaverib.

Onun sözlərinə görə, 200 gündən az bir müddətdə qeyri-qanunimiqrantların bu miqdarda ölkədən çıxması böyük göstəricidir.

Noem həmçinin vurğulayıb ki, bu proses ABŞ-da təhsil və səhiyyəmüəssisələrinə düşən yükü azaldıb, vətəndaşlar üçün iş imkanlarınıqoruyub saxlayıb və küçələrin daha təhlükəsiz olmasına töhfəverib.

Избранный
99
3
az.trend.az

2Источники