RU

Yaponiya danışıqlarda Rusiyadan müsbət yanaşmaya ümid edir

Yaponiya hökuməti avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan Rusiya-Amerika sammitini diqqətlə izləyir.

Ucnoqta.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi növbəti mətbuat konfransında deyib.

O, qeyd edib ki ABŞ və Rusiya liderləri arasında Ukraynada münaqişə başlayandan bəri bu ilk görüşün “vacib beynəlxalq məsələlərə” böyük təsir göstərəcəyi qənaətindədir.

Yaponiya hökumətinin baş katibi Tokionun ABŞ prezidenti Donald Trampın Ukraynadakı mühairibəyə son qoymağa yönəlmiş təşəbbüslərini alqışladığını və dəstəklədiyini bir daha bəyan edib və bir daha qarşıdakı danışıqlarda Rusiyadan müsbət yanaşmaya ümid etdiyini bildirib.

Избранный
28
ucnoqta.az

1Источники