RU

Bu kənddə qız doğulan uşaqlar sonradan oğlan olur

Karib ölkəsi Dominikan Respublikasının ucqar Salinas kəndində nadir genetik fenomen "guevedoce" hələ də tibb aləmində maraq doğurur.

Azreform.info xəbər verir ki, Salinas kəndində bəzi uşaqlar doğulanda qız kimi görünür, lakin yeniyetməlik yaşına çatdıqda cinsi orqanları kişi cinsiyyətinə çevrilir. Bu vəziyyət 5-alfa reduktaza fermentinin çatışmazlığı ilə bağlıdır və tibb dünyasında "guevedoce" sindromu kimi tanınır.

Həkimlər bildirirlər ki, bu ferment testosteronun dihidrotestosterona çevrilməsində mühüm rol oynayır. Yetkinlik yaşına çatanda hormonların təsiri ilə uşaqların cinsi orqanları kişi cinsiyyətinə uyğun inkişaf edir.

Bu ilk dəfə 1970-ci illərdə Kornell Universitetinin endokrinoloqu Dr. Julianne Imperato-McGinley tərəfindən araşdırılıb və o vaxtdan bəri beynəlxalq tibb ictimaiyyəti tərəfindən diqqətlə izlənir.

Salinas kəndində bu vəziyyət nəsildən-nəslə keçir və yerli əhali bunu normal hal kimi qəbul edir. Sindromun baş verdiyi uşaqlar cəmiyyət tərəfindən kişi kimi böyüdülür. Yerli dildə bu uşaqlar "guevedoce" və ya "machihembras" adlandırılır.

Həkimlər və tədqiqatçılar bildirirlər ki, bu fenomen həm genetik, həm də sosial baxımdan unikal hadisədir və dünyanın diqqətini çəkir.(Milli.Az)

Избранный
20
7
azreform.info

8Источники