RU

İsrail qırıcıları Livanın cənubuna zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın Litani çayının şimalında, “Hizbullah”ın hərbi obyektlərinin yerləşdiyi ehtimal edilən beş bölgəsinə zərbələr endirib.

Operativ Media-nın xəbərinə görə, bu barədə yerli mülki müdafiə xidməti “X”də məlumat yayıb.

Qeyd olunub ki, hava zərbələri Burğuz, Cabbur, Cermak, Əl-Qətraniya və Əl-Mahmudiyyə yaşayış məntəqələrinin kənarında döyüşçülərin hərəkət etdiyi yerləri hədəfə alıb.

Избранный
50
5
operativmedia.az

10Источники