Bakı. Trend:
Nikolas Qonzales “Atletiko”ya keçə bilər.
Trend xəbər verir ki,insayder Fabrizio Romanonun məlumatına görə, Madriddə klub“Yuventus”un cinah oyunçusunun transferi ilə bağlı danışıqlarabaşlayıb.
Turin klubu 27 yaşlı futbolçu üçün 30 milyon avro istəyir, lakinonu məcburi alınma şərti ilə icarəyə verməyə də hazırdır.“Atletiko” argentinalını Samuel Linonun əvəzləyicisi kimigörür.
Qeyd edək ki, ötən mövsüm A Seriyasında Qonzales 26 oyunkeçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.