RU

Ananaslı tort - dadı ilə hər qonağı heyrətləndirəcək fərqli şirniyyat - FOTO

Şirəli ananaslı tort istənilən əhval-ruhiyyə üçün mükəmməl desertdir. Hazırlanması asan olan bu ləzzətli şirniyyat öz yumşaq teksturası və unikal tropik meyvə aroması ilə sizi sevindirəcək.

Milli.Az xəbər verir ki, ukraynalı qida bloqeri Kateryna Protsyshyna öz şəxsi hesabında bununla bağlı paylaşım edib.

Ananaslı tort

Tərkibi:

Konservləşdirilmiş ananas - 1 banka
Şəkər - 150 q
Yumurta - 3 ədəd
Qabartma tozu - 15 q
Un - 2 stəkan (350-400 q)
Kərə yağı - 70 q
Vanil - 1 çay qaşığı
Portağal qabığı (istəyə bağlı)

Hazırlanma qaydası:

Konservləşdirilmiş ananasın şirəsini ayrıca qabda süzün, çünki sonradan lazım olacaq.

Meyvələri qaba qoyun, üzərinə yumurta, şəkər və kərə yağını əlavə edib blenderlə yaxşı qarışdırın. Sonra un və qabartma tozunu əlavə edin.

Hazırlanan xəmirini soba formasına tökün və 170°C-də 40-45 dəqiqə bişirin. İsti tortun üzərinə ananas şirəsini tökün.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
6
1
milli.az

2Источники