RU

Konfrans Liqası: Əliyevli “Eqnatiya”nı pley-offa buraxmadılar

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 29 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçilərindən “Sabah”la “Araz-Naxçıvan” da bu turnirdə növbəti matçlarına çıxıblar. Təəssüf ki, hər iki klubumuz günü məğlubiyyətlə başa vurub və avrokuboklarla vidalaşıb.

Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da avrokuboklarda mübarizəni erkən dayandırıb. Albaniya təmsilçisi səfərdə sülh bağladığı Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasına evdə uduzub. Əliyev 23-cü dəqiqədə sarı vərəqə aldığı bu qarşılaşmanın 83-cü dəqiqəsində əvəzlənib.

Digər azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” isə pley-offa vəsiqə qazanıb. Bolqarıstan təmsilçisi səfərdə 1:0 hesabıyla yendiyi “Kauno Jalgiris”i (Litva) doğma meydanda da üstələyib – 2:0. Cəlal 90 dəqiqə meydanda olub.

Türkiyə təmsilçilərindən “Beşiktaş” da səfərdə məğlub etdiyi “Sent Patriks”i doğma meydanda da yenərək Konfrans Liqasında pley-offa yüksəlib.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinə gələn həftə start veriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

13 avqust

Başakşəhər (Türkiyə) – Vikinq (Norveç) 1:1 (ilk oyun 3:1)

14 avqust

Astana (Qazaxıstan) – Lozanna (İsveçrə) 0:2 (1:3)
Ararat (Ermənistan) – Sparta (Praqa, Çexiya) 1:2 (1:4)
Sabah (Azərbaycan) – Levski (Bolqarıstan) 0:2 (0:1)
Levadiya (Estoniya) – Differdanj (Lüksemburq) 1:3 (3:2)
Dyor (Macarıstan) – AİK (İsveç) 2:0 (1:2)
Hammarbü (İsveç) – Rusenborq (Norveç) 0:1 (0:0)
Omoniya (Kipr) – Araz-Naxçıvan (Azərbaycan) 5:0 (4:0)
Paks (Macarıstan) – Polesye (Ukrayna) 2:1 (0:3)
Şerif (Moldova) – Anderlext (Belçika) 1:1 (0:3)
Arda (Bolqarıstan) – Kauno Jalgiris (Litva) 2:0 (1:0)
Beytar (İsrail) – Riqa (Latviya) 3:1 (0:3)
Brondbü (Danimarka) – Vikinqur Reykyavik (İslandiya) 4:0 (0:3)
Vaduts (Lixtenşteyn) – Alkmar (Niderland) 0:1 (0:3)
AEK (Afina, Yunanıstan) – Aris (Kipr) 3:1 (2:2)
Beşiktaş (Türkiyə) – Sent Patriks (İrlandiya) 3:2 (4:1)
Çelye (Sloveniya) – Luqano (İsveçrə) 2:4 (5:0)
Makkabi (Hayfa, İsrail) – Rakov (Polşa) 0:2 (1:0)
Neman (Belarus) – Klaksvik (Farer adaları) 2:0, penaltilər 5:4 (0:2)
Yagelloniya (Polşa) – Silkeborq (Danimarka) 2:2 (1:0)
Spartak (Slovakiya) – Universitatya (Krayova, Rumıniya) 4:3 (0:3)
Dinamo (Tirana, Albaniya) – Hayduk (Xorvatiya) 3:1 (1:2)
Dandi Yunayted (Şotlandiya) – Rapid (Avstriya) 2:2, penaltilər 4:5 (2:2)
Linfild (Şimali İrlandiya) – Vikinqur (Farer adaları) 2:0 (1:2)
Austria (Avstriya) – Banik (Çexiya) 1:1 (3:4)
Eqnatiya (Albaniya) – Olimpiya (Sloveniya) 2:4 (0:0)
Hibernian (Şotlandiya) – Partizan (Serbiya) 2:3 (2:0)
Santa Klara (Portuqaliya) – Larne (Şimali İrlandiya) 0:0 (3:0)
Şemrok Rovers (İrlandiya) – Ballkani (Kosovo) 4:0 (0:1)
Virtus (San Marino) – Milsami (Moldova) 3:0 (2:3)

Избранный
55
36
arena.az

10Источники