RU

AK Rusiyaya qarşı 19-cu sanksiyalar paketini sentyabrda razılaşdırmağa ümid edir

AK Rusiyaya qarşı 19-cu sanksiyalar paketini sentyabrda razılaşdırmağa ümid edir

Avropa Komissiyası sentyabrda Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gəlinəcəyini gözləyir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta Brüsseldə keçirdiyi brifinqdə deyib.

"Biz artıq Rusiyaya qarşı 18 sanksiya paketi qəbul etmişik, indi 19-cu sanksiyalar paketi üzərində işləyirik və ümid edirik ki, gələn ay onu qəbul edəcəyik", - deyə o bildirib.

Podesta bu paketin məzmununu açıqlamaqdan imtina edib. Bildirib ki, Avropa Komissiyası sanksiyalar təsdiqlənənə qədər şərh etmir.

Избранный
11
afn.az

1Источники