RU

Fransa klubu türkiyəli qapıçı transfer etdi

"Lill" PSJ-yə keçən Lyuk Şevalyenin əvəzedicisini tapıb.

Bizim.Media xəbər verir ki, komanda qapısını Berke Özerə tapşırıb.

Türkiyəli qolkiperlə 4 illik müqavilə imzalanıb. "Lill" bu transferə görə Berkenin çıxış etdiyi "Eyüpspor"a 4,5 milyon avro ödəyib. Türkiyə təmsilçisi gələcəkdə yarım milyon bonus qazanacaq.

Qeyd edək ki, 25 yaşlı qapıçı ötən mövsümdə Türkiyə Superliqasında 34 oyunda qapısından 44 top buraxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
16
1
bizim.media

3Источники