RU

Baydenin oğlu birinci xanımdan üzr istəmək istəmir

BAKI, 15 avqust. TELEQRAF

ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden birinci xanım Melaniya Trampdan üzr istəmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, H.Bayden müstəqil jurnalist Endryu Kallahana müsahibəsində onu məhkəməyə vermək istəyən xanım Trampdan üzr istəməyəcəyini qeyd edib.

Qeyd edək ki, oğul Bayden avqustun 5-də yutubda paylaşdığı başqa bir müsahibəsində Melaniya Trampın həbsxanada intihar etmiş Jeffrey Epstein tərəfindən Donald Trampa təqdim etdiyini bildirmişdi.

Avqustun 6-da Melaniya Trampın vəkili Alejandro Brito Baydenə məktub göndərərək videonu silməsini tələb edib.Vəkil Baydenin oğlunu yalan, böhtan yaymaqda vəqızışdırıcı addımlar atmaqda günahlandırıb və onu nə az, nə çox 1 milyard dollarlıq iddia qaldırmaqla hədələyib.

Избранный
23
teleqraf.com

1Источники