UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Omoniya” – “Araz-Naxçıvan” oyunundan sonra (5:0) Elmar Baxşıyev mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, o, matçı şərh edib:

“Hər avrokubok mövsümü və oyunları iştirakçı komandalar üçün faydalıdır. “Araz-Naxçıvan” bu yarışda yeni komandadır. Əlbəttə, məğlubiyyətlərdən nəticə çıxarsaq, gələcək üçün faydalı olacaq. Hər iki oyunda yenildik. Rəqibi təbrik edirik. Təcrübəli, bizdən güclü kollektivdirlər. Layiqli qələbə qazandılar. İkinci hissədə müdafiə xəttində müəyyən dəyişikliklər edildi. Ancaq hər iki oyundakı məğlubiyyəti İqor Ribeyronun yoxluğu ilə bağlamazdım. Komanda şəklində daha çox səhvlər etdik. Qarşımızdakı rəqib də daha təcrübəli və iki oyuna görə daha keyfiyyətli idi. İqor artıq bizim oyunçu deyil, onunla bağlı hansısa düşüncəmiz, planımız yoxdur. Təlim-məşq toplanışında da bu sistemdən istifadə edirdik və hər iki sistemə öyrəşmişik. Daha çox komanda şəklində bərk olmalıyıq”.