RU

Serbiyada iğtişaşlar: 27 polis və 80-dən çox vətəndaş yaralanıb -VİDEO

Serbiyanın müxtəlif şəhərlərində ötən gecə baş verən iğtişaşlar zamanı 27 polis əməkdaşı və 80-dən çox vətəndaş xəsarət alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç məlumat verib.

 

Nazir polislərdən bəzilərinin yaralarının ciddi olduğunu, 5 polis maşınına və 22 digər texnikaya zərər dəydiyini diqqətə çatdırıb. O, iğtişaşlarda iştirak edən 47 nəfər barəsində cinayət ittihamının irəli sürüldüyünü və 5 cinayət işinin açıldığını deyib.

 

Hərbi Təhlükəsizlik Agentliyinin direktoru Duro Yovaniç isə vurğulayıb ki, Serbiya Ordusunun hərbçiləri gecə Novi Sadda hücuma məruz qalıb, hadisə nəticəsində 7 hərbçi yaralanıb.

 

Serbiyanın Baş naziri Duro Macut bildirib ki, zorakılıq demokratik ölkənin siması olmamalıdır. O hər cür zorakılıq və qeyri-demokratik davranışı pisləyib, bütün siyasi aktorları və vətəndaşları gərginliyi azaltmağa çağırıb.


 

Избранный
56
22
senzor.az

10Источники