RU

Famil Məmmədovun 287 min manatlıq alış-verişi baş tutmadı

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin satınalması ləğv edilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi İİV infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müxtəlif malların alınması üçün elan etdiyi satınalma ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv edilmə səbəbi təchizatçılar arasında yalnız üçdən azının tələb olunan sənədlərlə müraciət etməsi olub. Satınalmanın ehtimal olunan qiyməti 287.271 AZN təşkil edirdi.

Alınmalı olan mallar arasında loqolu yazı köynək, xüsusi loqo yazılı qovluq tipli çanta, birdəfəlik istifadə vasitələri, loqolu kepka və daşıyıcı parçalardan ibarət məhsullar var idi.

Xatırladaq ki, Mərkəzin direktoru Famil Məmmədovdur.

Избранный
36
nocomment.az

1Источники