RU

Çantasına girən kobra qızı DİŞLƏDİ – FOTOLAR

Moskva ətrafında kobra gənc qadını dişləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskva vilayətində 28 yaşlı qadın kobranın hücumuna məruz qalıb.

Hadisə qadının parklardan birində dincələn vaxt baş verib. Zəhərli ilan qadının çantasına girib və o, əşyalarını götürmək istəyəndə əlindən dişləyib.

Zərərçəkən təcili olaraq Moskva Toksikologiya Mərkəzinə çatdırılıb.

Həkimlər onu süni tənəffüs aparatına qoşaraq qanı zəhərdən təmizləmək üçün plazma mübadiləsi aparıblar.

Onlar zəhərin təsirini azaltmaq və zədələnmiş toxumaları çıxarmaq üçün kompleks müalicə həyata keçiriblər.

Daha sonra qadın Bauman adına xəstəxanaya köçürülüb. Burada əlində yaranmış flegmon müalicə edilib.

İki gün sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilib və evə buraxılıb.

Mütəxəssislər bildirirlər ki, operativ və peşəkar tibbi yardım olmasaydı, kobra zəhərinin sürətli təsir göstərən neyrotoksinləri və kardiotoksinləri ölümcül nəticəyə səbəb ola bilərdi.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
6
interpress.az

1Источники