RU

Peruda tapılan “yadplanetli” mumiyaların insan olduğu ortaya çıxıb...

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

DNT test nəticələri həqiqəti üzə çıxarır...

...2015-ci ildən bəri alimlərin və sui-qəsd nəzəriyyəçilərinin diqqətini çəkən Perudakı mumiyaların tapılması genetik araşdırmalar sayəsində yeni açıqlamalar alıb. Sonra bir mağarada qazıntılar zamanı əllərində və ayaqlarında üç barmağı olan cəsədlər tapıldı ki, bu da onların "yadplanetli" mənşəyini fərz etməyə səbəb oldu.

Hazırda bu mumiyalardan təxminən ikisi elmi araşdırmadan keçir. Tədqiqatçılar qeyd edirlər ki, cəsədlərdə toxuma, əzələ və daxili orqanlar qorunub saxlanılıb və mumiyalardan biri ölüm zamanı hamilə olub.

SİA-nın əldə etdiyi məlumata görə, kəşf edilən yerə baş çəkən podkaster Cesse Micles Daily Mail-ə deyib ki, "bu canlıların Yerdən olmadığına dair heç bir sübut yoxdur". O, mumiyaların naməlum yeraltı insan növünə aid ola biləcəyini irəli sürüb.

Bioinformatika üzrə mütəxəssis Alina Hardi qeyd edib ki, DNT analizi insanlarda barmaqların anadangəlmə deformasiyası ilə əlaqəli Gli3 genində mutasiya olduğunu göstərib.

Bu, mumiyaların anormal anatomiyasının təbii izahıdır. Hardi əlavə edib ki, oxşar genetik dəyişikliklər Perudakı qədim arxeoloji tapıntılarda aşkar edilib.

DNT araşdırması göstərib ki, genetik materialın əksəriyyəti insan profillərinə uyğun gəlir. O, mumiyaların sümük və əzələlərindən DNT çıxarmaq üçün müasir üsullardan, həmçinin mutasiyaları müəyyən etmək üçün genomik ardıcıllıq və bioinformatikadan istifadə edib.

Micles, həmçinin, Zimbabvenin şimalında ektrodaktili kimi tanınan anadangəlmə xəstəliyi olan bir qəbiləni misal çəkib. Bu, bir və ya daha çox mərkəzi barmaqların olmamasını əhatə edir, əl və ya ayaqda V formalı boşluq yaradır. Bu, mumiyaların xüsusiyyətlərinə oxşar ola bilər. Bəzi mumiyaların, məsələn, "Viktoriya" - başsız adamın DNT vasitəsilə insan olduğu təsdiqlənib.

Doktor David Ruiz Vela kimi digər tədqiqatçılar, bəzi mumiyaların təbii miqrasiya və müxtəlif primat növlərinin və insanların çarpazlaşması səbəbindən hibrid xüsusiyyətlərə malik ola biləcəyini irəli sürdülər. Mumiyalar ilk dəfə 2022-ci ildə jurnalist Caime Mausan onları Meksika Konqresinə göstərdiyi zaman beynəlxalq diqqəti cəlb edib.

Bəzi ekspertlər cəsədlərin vaxtilə canlı orqanizmlər olduğunu təsdiqləyiblər.

Lakin 2023-cü ildə məlum olub ki, “mumiya”lardan bəziləri sadəcə olaraq turistlərə satış üçün yaradılmış taxta heykəlciklər olub və onlar Lima hava limanında müsadirə olunub.

Tapıntıları araşdıran məhkəmə arxeoloqu Flavio Estrada təsdiqləyib: “Bu obyektlər yadplanetlilər deyil, onlar Yerdən gələn heyvanların sümüklərindən və müasir yapışdırıcılardan hazırlanıb. Onlar Kolumbdan əvvəlki dövrlərdə yaradılmayıb”.

Cesse Micles indi mumiyaların DNT-sinin daha ətraflı təhlili üçün Amerikanın Colossal Biosciences şirkətini cəlb etməyi planlaşdırır, lakin bunun üçün Peru hökumətindən icazə tələb olunur.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
sia.az

2Источники