RU

Azərbaycanda 6 ayda 313 nəfər yol qəzasında həlak olub: qəzaların sayı niyə bu qədər çoxdur?

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda baş verən yol qəzaları ilə bağlı statistika açıqlanıb. Rəqəmlər narahatlığa ciddi əsas verir.

Bizimyol.info xəbər verir ki, 2025-ci ilin ilk 6 ayı ərzində (yanvar-iyun) ölkədə 577 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu qəzalar nəticəsində 313 nəfər həlak olub, 499 nəfər isə yaralanıb.

Ötən ilin eyni dövrünə nəzər salanda görürük ki, həmin müddətdə Azərbaycanda 681 yol qəzası baş verib. Bu qəzalardan zərərçəkənlərin sayı ümumilikdə 931 nəfər olub. Onlardan 333 nəfər həlak olub, 598 nəfər isə yaralanıb.

Sahəsi və əhalisi baxımından Azərbaycan kimi bir ölkə üçün həm qəzaların, həm də zərərçəkənlərin sayı kifayət qədər çoxdur. Bunun da da müxtəlif səbəbləri var.

Ekspertlər vəziyyəti təhlil edərkən ən ciddi problemlərdən biri kimi, sürücülük mədəniyyətinin aşağı olmasına, sürücülük vəsiqələrinin daha asan yolla əldə edilməsinə diqqət çəkirlər.

“Təhlillər göstərir ki, xüsusən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin əsas səbəbi bir çox hallarda sürət həddinin aşılması olur. Nahaqdan deyilmir ki, “yüksək sürət can alır”. Avtomobilin yüksək sürətlə idarə olunması riskdir. Sürücü anlamalıdır ki, bu addımı atanda artıq özünü təhlükə qarşısında qoymuş olur. Başqa bir ciddi səbəb sürücülərin yolda diqqətli davranmaması, başlarının telefon danışıqlarına, yazışmalara qarışmasıdır. Qəza bir-iki saniyəyə baş verir. Diqqət yayınır və geridönməz hadisələr yaşanır”, - ekspert Azad Əliyev bildirib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
bizimyol.info

1Источники