RU

"Sabah" Konfrans Liqasında mübarizəni dayandırdı - VİDEO

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.

Redaktor.az xəbər verir ki, Masazırdakı "Əlincə" stadionunda baş tutan matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi.

Bu məğlubiyyətlə "Sabah" klubu avrokuboklarla vidalaşıb.

Избранный
7
5
redaktor.az

8Источники