RU

Bölgələrdə narkotik ovu...VİDEO

Həyətində çətənə kolu yetişdirən şəxs tutulub.

Xezerxeber.az xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 49 yaşlı  Yaşar Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi, çəkisi 12 kiloqram olan 16 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Yaşar Hüseynovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zaqatalada isə narkotiklərin qanunsuz dövriyəsini təşkil edən şəxs tutulub.

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 33 yaşlı Vüsal Yusifov saxlanılıb. ondan 10 kiloqramdan artıq marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə vüsal yusifov barəsində həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
42
4
xezerxeber.az

10Источники