RU

Türkiyə Putin, Tramp və Zelenskinin üçtərəfli sammitinə ev sahibliyi edə bilər

Türkiyə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenskinin üçtərəfli sammitinə ev sahibliyi edə bilər.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.

“Məsələ ilə tanış olan şəxsin sözlərinə görə, telefon danışığı zamanı Tramp, Putin və Zelenskinin mümkün üçtərəfli sammitinin keçirilə biləcəyi yerlərdən biri kimi Türkiyənin adı çəkilib”, – deyə nəşrin məlumatında deyilir.

Qeyd edək ki, avqustun 14-də mediada Avropa siyasətçilərinin Putin, Tramp və Zelenskinin potensial görüşü üçün aktiv şəkildə yer axtarışına başladıqlarını bildirmişdi. Qeyd olunub ki, üç liderin sammiti cümə günü Alyaskada keçiriləcək görüşün nəticələrindən asılı olacaq, lakin müttəfiqlər onun Avropada keçirilməli olduğu fikrində yekdildirlər.

Avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaqlar. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflərə ərazilərin mübadiləsi və Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsi daxil ola bilər.

Избранный
6
1
konkret.az

2Источники