RU

Qulaq təmizləyərkən bu səhvə yol verməyin 

Qulaq kiri orqanizmin təbii müdafiə mexanizmidir və adətən öz-özünə xaric olur.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qulağın düzgün təmizlənməməsi – xüsusilə, pambıq çubuq və ya digər əşyaların daxil edilməsi – qulaq pərdəsinin zədələnməsi, infeksiya və eşitmə itkisinə səbəb ola bilər.

Qulaqlar yalnız xarici hissədən yumşaq parça ilə təmizlənməlidir. Tıxanma hissi olduqda isə yumşaldıcı damcılardan istifadə tövsiyə olunur. Qulağın su ilə yuyulması yalnız peşəkarlar tərəfindən aparılmalıdır.

Həkimlər xəbərdarlıq edirlər: pambıq çubuq, qulaq şamları və digər metodlar ciddi fəsadlara yol aça bilər. Şiddətli ağrı, axıntı, eşitmə itkisi və ya balans pozğunluğu kimi hallar müşahidə olunarsa, mütləq lor mütəxəssisinə müraciət edilməlidir.

Избранный
14
manset.az

1Источники