RU

Erik Lamela AEK-dən ayrıldı

Tanınmış argentinalı yarımmüdafiəçi Erik Lamela Yunanıstanın AEK klubundan ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu Afina təmsilçisinə ötən mövsümün əvvəlində transfer olunmuşdu. O, Yunanıstan çempionatında ümumilikdə 24 oyuna çıxıb, 5 qol vurub və 3 qol ötürməsi ilə yadda qalıb.

Lamela AEK-ə gəlməzdən əvvəl İspaniyanın “Sevilya” klubunda üç mövsüm çıxış edib. Lakin futbolçu karyerasının ən parlaq dövrünü İngiltərədə keçirib – 2013–2021-ci illərdə “Tottenhem”də forma geyinərək 8 mövsüm London klubunun şərəfini qoruyub.

“River Pleyt” akademiyasının yetirməsi olan Lamelanın hazırkı bazar dəyəri “Transfermarkt” portalının məlumatına görə, 1,2 milyon avro təşkil edir.

Избранный
38
90deqiqe.az

1Источники