RU

"İnter"in yeni hədəfi bilindi

style='margin-bottom:10px;'>

"İnter" "Roma"nın futbolçusu Kuadio Konenin transferi ilə bağlı fəal danışıqlar aparır. 

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Fransalı yarımmüdafiəçinin alınması Milan təmsilçisinə təxminən 50 milyon avroya başa gələ bilər.

Qeyd edək ki, Kuadio Kone 2024-cü ilin yayından "Roma"nın heyətində çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 45 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 

Избранный
27
10
teleqraf.com

10Источники