RU

Franko Mastantuono “Real”la müqaviləyə imza atdı

Argentinanın “River Pleyt” klubunn 18 yaşlı argentinalı sağ cinah hücumçusu Franko Mastantuono tamhüquqlu əsasda Madrid “Real”ına keçib.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Keçidin “qaymaqlılar”a 45 milyon avro məbləğ müqabilndə başa gəlib. Gənc futbolçu yeni klubu ilə 6 illik (2031-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Qeyd edək ki, Franko Mastantuono “River Pleyt”in məzunudur. Hücumçu “milyonçular” üçün bütövlükdə 64 oyuna çıxıb, 10 qol və 7 məhsudlar ötürmə ilə fərqlənib.

Mastantuono 2025-ci ilin iyun ayında Argentina yığmasının heyətində debüt edib, meydanda keçirdiyi 6 dəqiqə ərzində məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Mastantuononun qənimətlər muzeyində “River Plyet”lə qazandığı Argentina Super Kuboku (2022/2023) var.

“Transfermarkt” internet-portalı 18 yaşlı argentinalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Избранный
69
5
arena.az

10Источники