RU

Ərdoğan ondan 1 milyon təzminat istəyir

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ərdoğanın vəkili Hüseyin Aydın “X” hesabında açıqlayıb.

Onun sözlərinə görə, Özəlin məhkəməyə verilməsinə səbəb onun avqustun 13-də Bayrampaşada təşkil olunan mitinq zamanı və eyni gün Marmara həbsxanasının çıxışında mətbuata açıqlamaları zamanı Türkiyə liderini hədəf alan ifadələrə yol verməsi olub.

Bildirilib ki, Türkiyə lideri Özəl barəsində 1 milyon lirəlik (təqribən 42 min manat) mənəvi təzminat iddiası qaldırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
9
qafqazinfo.az

10Источники