Yazını böyüt
Yazını kiçilt
Paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisi Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək.
Hafta.az xəbər verir ki, toplanışda İlham Zəkiyev, İsmayıl Muradov, Saleh Sultanov, Mehman Hüseynov, Əbdülrəhman Rzazadə, Məhəmməd Ələkbərov, İlkin Nəsibov və Cavad Cavadov iştirak edəcəklər.
Milli komandaya təlim-məşq müddətində baş məşqçi İbrahim İbrahimov rəhbərlik edəcək.
Hazırlıq prosesi 15-29 avqust tarixlərində təşkil olunacaq.