RU

MİQ-in müsahibə mərhələsinə aid mövzular hazırlandı

BAKI, 14 avqust. TELEQRAF

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Təhsil İnstitunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

"Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Избранный
40
22
teleqraf.com

10Источники