RU

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəsində iştirak edənlərin nəzərinə

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəkiməktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işəqəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlıApellyasiya komissiyası fəaliyyətə başlayacaq.

Bu barədə Trend-ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər15 avqust 2025-ci il tarixində saat 15:00-17:00 aralığında BŞTİ-yəyaxınlaşaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəninmüsahibəsi üzrə Apellyasiya komissiyasına müraciət edə bilərlər.Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi),təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edənsənədlərini özü ilə gətirməsi vacibdir.

Qeyd edək ki, 2022-ci və 2023-cü illərdə keçirilən müsabiqələrintest imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin balardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkünolmayan namizədlər, eyni zamanda, 2023-cü ildə test imtahanındakeçid balını (29 və daha çox) toplayan və müsahibəyə qatılmayanşəxslər yenidən təşkil olunmuş müsahibədə iştirak ediblər.

Müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMSvasitəsilə namizədlərin əlaqə nömrələrinə­ göndərilib.

Məqalədə:
Избранный
39
13
az.trend.az

10Источники