Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 14 avqust, AZƏRTAC
Paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisi Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək.
AZƏRTAC xəbər verir ki, toplanışda İlham Zəkiyev, İsmayıl Muradov, Saleh Sultanov, Mehman Hüseynov, Əbdülrəhman Rzazadə, Məhəmməd Ələkbərov, İlkin Nəsibov və Cavad Cavadov iştirak edəcəklər.
Milli komandaya təlim-məşq müddətində baş məşqçi İbrahim İbrahimov rəhbərlik edəcək.
Hazırlıq prosesi 15-29 avqust tarixlərində təşkil olunacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.