RU

1268-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1268-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Aktual.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 77 184 PUA-sı, 625 zenit-raket kompleksi, 24 572 tank və digər zirehli texnikası, 1 585 reaktiv yaylım atəş sistemi, 28 500 artilleriya və minaatanı, 39 648 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Избранный
15
49
ulusum.az

10Источники