ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp keçmiş prezident Co Baydenin oğlu Hanter Baydeni əri ilə necə tanış olduqları barədə səsləndirdiyi iddialara görə məhkəməyə verməklə hədələyib.
Publika.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bildirilib ki, Melaniyanın vəkilləri Hanter Baydenə məktub göndərərək, iddialarını geri götürmədiyi və üzr istəmədiyi halda 1 milyard dollardan çox təzminat tələb edəcəklərini bildiriblər.
Qeyd edək ki, Bayden rejissor Endryu Kallaqanla müsahibəsində, yayımlanmamış Ceffri Epştein sənədlərinin Donald Trampı ifşa edəcəyini iddia edərək, “Epştein Melaniyanı Trampa təqdim etdi” sözlərini səsləndirib. Melaniyanın vəkilləri bu açıqlamaları yalan və böhtan adlandırıb.