RU

"Tottenhem" onun üçün mübarizəyə qoşuldu

 "Krisral Pelas"ın yarımmüdafiəçisi Ebereçi Eze karyerasını "Tottenhem" klubunda davam etdirə bilər. 

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Klub rəhbərliyi artıq "Krisral Pelas"la rəsmi danışıqlara başlayıb.

Ezenin özü də bu keçidi istədiyini və "Tottenxhm"ə qoşulmaqdan məmnun olacağını bildirilir.

Futbolçu ilə "Arsenal" klubu da maraqlanır və agenti ilə ilkin danışıqlarda aparılıb.

Bu mövsümdə 27 yaşlı yarımmüdafiəçi artıq bir rəsmi matçda iştirak edib və komandasına qalibiyyət gətirib. İngiltərə Superkuboku qarşılaşmasında "Krisral Pelas" sensasion şəkildə "Liverpul"u 2:1 hesabı ilə məğlub edərək böyük uğur qazandı.

Ezenin Transfermarkt portalında bazar qiyməti 55 milyon avro olaraq göstərilir. Beləliklə, "Tottenxem"in bu transferi reallaşdırması, həm komandaya, həm də oyunçunun karyerasına böyük təsir göstərə bilər.

Избранный
10
90deqiqe.az

1Источники