RU

İyul ayında Türkiyədən Azərbaycana mebel ixracı 11 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 11 milyon 894 min 71 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalaraq, 79 milyon 537 min 60 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 4 milyard 508 milyon 570 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 7 milyard 901 milyon 149 min dollar məbləğində mebel ixrac edib.

Избранный
9
12
turkic.world

10Источники