RU

Fərid Qayıbov: Bəziləri marafona şəkil çəkdirmək üçün gəlirlər

BAKI. 14 avqust. TELEQRAF

"Gənclər və idman naziri kimi Bakıdakı qaçış marafonunda 21 km-lik məsafəni 3 dəfə qaçmışam".

Teleqraf-ın məlumatına görə, bu barədə nazir Fərid Qayıbov ASAN TV-yə müsahibəsində açıqlama verib.

O bildirib ki, marafon qaçışlarının təhlili zamanı iştirakçılarla yanaşı, finişə çatanların sayı da çoxalır: "Sirr deyil ki, 21 km-lik marafon qaçışına bəziləri şəkil çəkdirmək üçün gəlirlər. Artıq üçüncü dəfədir ki, bu məsafəni sonadək qaçıram. Qaçış zamanı dayanmağı xoşlamıram. Çünki tempim o qədər də yüksək deyil. Finişə neçənci çatdığımı xatırlamıram. Bunu sistemdə görmək olar. Amma sürətim o qədər də çox deyil. 3 saata qaçıram. Bu, bir qədər çox vaxt deməkdir. Əsas odur ki, qaçıram və finişə çatıram. İlk növbədə, özüm üçün".

Nazir futbol və üzgüçülüklə də məşğul olduğunu bildirib: "Son bir neçə ayda futbol oynamamışam. Bu da işlərin intensivliyi ilə əlaqədardır. Lakin işlərin intensivliyi bəhanə olmamalıdır. Havalar isti olsa da, nə isə etmək lazımdır. Çalışıram ki, həftədə 2-3 dəfə hovuzda üzüm".

Избранный
38
3
teleqraf.com

4Источники