RU

Erməni diasporu Avropada da İFLASA UĞRADI

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Şimali Alp dağlarının ətəyində erməni lobbisinin daha bir siyasi oyunu ifşa edilib.  “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi İsveçrə Senatının Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən rədd edilib. Azərbaycanın İsveçrədəki səfirliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində Komitə bu təşəbbüsü birtərəfli və əsassız adlandıraraq Federal Parlamentin səlahiyyətlərinə zidd olduğunu bəyan edib.

İsveçrədəki erməni lobbisinin tanınmış siması Karlo Samaruga da vəziyyəti dəyişə bilməyib. O, layihənin adını “erməni məhbusların azadlığı və mədəni irs məsələsi” ilə dəyişdirsə də, təşəbbüs cəmi 4 səs topladı, 5 əleyhinə, 3 isə bitərəf qaldı.

Əslində İsveçrədəki bu hadisə erməni lobbisinin Amerikadan sonra Avropada da iflasa uğradığını göstərir. Bu təşəbbüs 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı bəyanatdan sonra mənasını itirib. İveçrədəki erməni lobbisinin bu cür avantüraları sadəcə manipulyasiya və ianə toplamaq məqsədi daşıyır. Gerçək Ermənistanla əlaqəsi olmayan, “Cenevrə sahilində qəhvə içən” diaspor nümayəndələri münaqişəni yenidən alovlandırmağa çalışırlar, amma alınmır. Avropada artıq bu cür saxta insan haqları ritorikalarına inam tükənməkdədir.

Azərbaycanın səssiz, lakin peşəkar diplomatik fəaliyyəti nəticəsində bu cəhd də iflasa uğrayır. Siyasi reallıqlar dəyişir və erməni lobbisi beynəlxalq arenada dayaqlarını bir-bir itirir.

Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, ermənipərəst, qərəzli və ədalətsiz qanun layihəsinin İsveçrə parlamentinin Kantonlar Şurası tərəfindən rədd edilməsi təcavüzkar erməni diasporunun növbəti iflasıdır:

"Bu, erməni diasporunun artıq canvermə mərhələsində olduğunu göstərir. Ümumiyyətlə, 2020-ci ildə keçirilən 44 günlük müharibədən və 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatından sonra Azərbaycan-Ermənistan münaqişəsinə münasibət tamamilə dəyişdi. Bundan sonra Azərbaycan artıq güclü, nüfuzlu, ədalətli və beynəlxalq hüquq normalarına uyğun davranan dövlət olaraq dünya ölkələri tərəfindən daha geniş tanınmağa başladı. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonrakı müddətdə istər erməni kilsəsinin, istərsə də erməni diasporunun fəaliyyəti ard-arda iflasa uğramaq üzrədir. Onların bütün layihələri demək olar ki, suya düşmüşdür".

Komitə sədri qeyd edib ki, bu hadisə Azərbaycanın gücünün və tarixi ədalətin təntənəsidir:

"Digər tərəfdən dünya birliyində Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinin nəticəsidir. Xüsusilə, son dönəmdə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən, müdrik siyasəti və bölgənin taleyinin daha etibarlı gələcəyə daşınması məsələsindəki fəaliyyəti dünya birliyi tərəfindən də təqdir edilməkdədir. Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə sülh sazişinin paraflanması, Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq layihələrinin hazırlanması ilə bağlı sənədlərin qəbul olunması, Donald Tramp və cənab Prezident İlham Əliyevin mətbuata açıqlamaları bir daha göstərir ki, ölkəmiz təkcə regionun deyil, beynəlxalq siyasət aləminin və müasir dünyanın aparıcı aktorlarından biridir. Bu isə dünyada fəaliyyət göstərən separatizmi, soyqırımı, faşizmi təbliğ edən erməni diasporunun və erməni kilsəsinin fəaliyyəti demək olar ki, iflic vəziyyətinə düşüb".

Komitə sədri vurğulayıb ki, erməni xalqının tarix boyunca iki ciddi düşməni olub, bunlar erməni kilsəsi və erməni diasporudur:

"Bütün dünyada erməni xalqının faciələrini əllərində bayraq tutaraq özlərinə istər siyasi kapital, istərsə də iqtisadi dvidentlər qazanmaqla məşğul olub, zənginləşiblər. Türkiyədəki 1915-ci il hadisələrini soyqırımı kimi sırımağa çalışması da erməni diasporunun bu maraqlarına uyğun gəlir. Yəni soyqırımı söhbəti, erməni separatizmi bitsə, Ermənistan indiki Nikol Paşinyanın siyasətini davam etdirib qonşuları ilə sülh və əməkdaşlıq içərisində yaşasa, erməni diasporu və onun liderləri artıq heç kimə lazım olmayacaq. Məhz buna görə də onlar yeri gəldi-gəlmədi müxtəlif layihələr hazırlayırlar, müxtəlif parlamentlərdə, hökumətlərdə,QHT-lərdə öz varlıqlarını göstərmək üçün bu cığallıqlara gedirlər. Amma hər şeyin bir sonu var. Bu, psiliklərin də sonu, artıq 44 günlük Vətən müharibəsində gəlmiş oldu. İstər erməni diasporu, istərsə də erməni kilsəsi bölgədə öz təsdiqlərini tamamilə itiriblər. Bundan sonra da onu bərpa edə bilməyəcəklər. Azərbaycanın təklif etdiyi prinsiplər üzrə qurulan sülh sazişi artıq paraflanıb. Cənab Prezidentin qeyd etdiyi kimi, əgər Ermənistan qısa müddətdə ona verilən "ev tapşırığı"nı yerinə yetirərsə, bundan sonra artıq sülh müqaviləsinin imzalanmasında heç bir problem qalmayacaq, bölgənin həyatında isə yeni bir dövr, mərhələ başlayacaq. Bu dövr sülh, əməkdaşlıq və tərəqqi dönəmi olacaq. Bu dövrün də memarı Azərbaycan Prezidenti cənab İlham Əliyevdir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
modern.az

2Источники