RU

Həbsxanadakı ərinə narkotik apararkən tutuldu

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1 dəfə oxunub.
Избранный
2
5
xezernews.az

10Источники