RU

“Barselona”nı tərk etdi

“Barselona”nın müdafiəçisi İnyio Martines “Əl-Nəssr”ə keçib.

"Football-plus.az" xbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı mərkəz müdafiəçisi “Barselona” ilə müqaviləsinə xitam verib və azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. O, “Əl-Nəssr” ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

2023-cü ildən “Barselona”da çıxış edən müdafiəçi 71 oyunda meydana çıxıb.

Избранный
11
2
football-plus.az

5Источники