RU

Serbiya DİN: Gecə iğtişaşları zamanı 27 polis əməkdaşı yaralanıb, 47-si saxlanılıb

Cümə axşamına keçən gecə hakim Serb Tərəqqi Partiyasının (STP) ofisləri yaxınlığında baş verən iğtişaşlar zamanı 27 polis əməkdaşı yaralanıb, 47 nəfər saxlanılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Baş nazirin müavini, daxili işlər naziri İvitsa Daçiç keçirdiyi brifinqdə bildirib.

“Gecə iğtişaşları zamanı 27 polis əməkdaşı yaralanıb. Etirazçılar tərəfindən 70-80 vətəndaş yaralanıb. 47 nəfər saxlanılıb, 47 cinayət işi, 5 inzibati qayda pozuntusu barədə şikayət verilib”, - o deyib.

Onun sözlərinə görə, iğtişaşlar zamanı 5 xidməti maşın və 22 polis texnikası zədələnib.

İğtişaşlar həmçinin Novi Sad, Belqrad, Lazarevats, Pançevo və Kralyevoda hakim STP-nin ofisləri qarşısında və küçələrdə baş verib. Daçiç əmin edib ki, qanunu pozanların hamısı 48 saat ərzində saxlanılacaq.

Избранный
21
33
report.az

10Источники