RU

Azərbaycanda bu istiqamətlərdə fəaliyyət göstərən avtobuslar yenilənib

Bakı. Trend:

Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndiistiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutlarınavtobusları yenilənib.

Trend xəbər verir ki, bu barədə AzərbaycanYerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkınınyenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, “F.Rövşən”istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan31 avtobus gətirilib:

"Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir vəkomfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalanşəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndiniəlaqələndirir. Sərnişin tələbatına uyğun olaraq, xəttə çıxanavtobusların sayı artırılacaq".

"Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli vətəhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi iləavtobus parkının yenilənməsi AYNA tərəfindən daim diqqətdəsaxlanılır", - qurumdan əlavə olunub.

Məqalədə:
Избранный
6
37
az.trend.az

10Источники