RU

"Qarabağ" “Liverpul” tarixinin ən bahalı transferini Bakıya gətirir - son dəqiqə

“Qarabağ”ın üç il vvəl, məhz elə avqustda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sıradan çıxardığı “Ferentsvaroş” bu dəfə pley-offda “köhlən atlar”a rəqib oldu.

Xatırladaq ki, həmin il avqustun 3-də Bakıda keçirilən oyun 1:1 bitmişdisə, Budapeştdə keçirilən cavab oyununda Qurban Qurbanovun komandası inamlı qələbə qazanmışdı – 3:1. Həmin vaxtdan bəri “Qarabağ”ın heyətində xeyli dəyişiklik olub. Bəs “Ferentsvaroş”da?

Əsas dəyişiklik taktiki sxemdədi. Bu da məşqçi dəyişikliyi ilə bağlıdı. O vaxt “Qarabağ”la oxşar üslubda - 4-2-3-1 ilə oynayan Stanislav Çerçesovdan fərqli komandanın indiki çalışdırıcısı Robbi Kinlə 3-5-2 düzülüşünə üstünlük verir.

Qapı mövqeyi sabitdi. O vaxt da Denes Dibus idi, indi də. 2022-də iki mərkəz müdafiəçisi ilə oynayırdılar. Futbolçulardan biri – Mats Knoster “Aberdin”də, digəri Sami Mmae isə “Qarabağ”da oynayır. Cinah müdafiəçiləri Eldar Çiviç və Endre Botka da komandadan ayrılıb. Hazırda Qabor Salai, Tum Remeykers və Stefan Qartenmann “üclüy”ü ilə müdafiə olunurlar. Yarımmüdafiəçilər Anderson Esiti, Aissa Layduni, Adama Traore, Kristofer Zakariassen və Tokmak Nquen də komandadan ayrılıb. Mərkəz hücumçusu Frank Bolinin əvəzinə isə Lenni Yozef və Barnabaş Varqa oynayır. Hələ heyətdə “Liverpul” tarixinin həmin vaxt üçün rekord transferi, 2018-ci ildə 60 milyon avroya aldıqları Nəbi Keyta da var.

Xatırladaq ki, “Ferentsvaroş”un “transfermarkt” dəyəri 50,2 milyon avrodu. Bu da “Qarabağ”ın heyətindən tam ikiqat artıq olması deməkdi.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
15
1
football-plus.az

2Источники