RU

Matis Tel irqçiliyə məruz qalıb

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Matis Tel irqçiliyə məruz qalıb.

“İki sahil” xəbər verir ki, London təmsilçisi yaydığı bəyanatda bunun Fransanın PSJ komandasına uduzduqları UEFA Superkuboku matçından sonra yaşandığını bildirib.

Klub fransalı oyunçuya dəstək olub və həmin şəxslərin müəyyən edilməsi üçün səlahiyyətli təşkilatlarla çalışacağını bəyan edib.

Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Paris klubu rəqibini penaltilər seriyasında üstələyib. "Tottenhem"də Matis Tel də 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Избранный
9
1
ikisahil.az

2Источники