RU

Bakıda Pakistanın Müstəqillik Günü qeyd edilib  

Avqustun 14-də Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Pakistanın dövlət himninin sədaları altında dövlət bayrağı qaldırılıb. “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərifin ölkə xalqına ünvanladıqları, bu əlamətdar günün əhəmiyyətini vurğulayan müraciətləri səsləndirilib.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mouhiddin çıxış edərək günün tarixi əhəmiyyəti və mahiyyəti barədə danışıb. O, Azərbaycanla Pakistan arasında möhkəm dostluq əlaqələrini məmnunluqla qeyd edib, mayın 28-də Laçında Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli görüşünü xatırladıb. Səfir, həmçinin Qarabağ Zəfərinə toxunaraq, bu Qələbəni hərb tarixi üçün nümunəvi hadisə kimi qiymətləndirib.

Избранный
52
azerbaijan-news.az

1Источники