RU

ABŞ-dan QƏRAR - bəzi maliyyə sanksiyaları avqustun 20-dək dayandırılır


ABŞ Maliyyə Nazirliyi Alyaskada sammitin hazırlanması və keçirilməsi üçün zəruri olan maliyyə əməliyyatlarını avqustun 20-dək Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan çıxarıb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Nazirliyin rəsmi açıqlamasında deyilir ki,“Rusiyaya qarşı sanksiyalar çərçivəsində (RuHSR və URSR) normal olaraq qadağan edilən, lakin Alyaska ştatında görüşlərdə iştirak və ya dəstək üçün zəruri olan bütün əməliyyatlara 20 avqust 2025-ci il saat 00:01-ə qədər icazə verilir.

Eyni zamanda, bəyanatda vurğulanır ki, bu tədbir anti-Rusiya sanksiyaları altında bloklanmış heç bir aktivin dondurulmasını nəzərdə tutmur.

Mətləb Salahov

Избранный
34
5
baki-xeber.com

7Источники