RU

Apple 2027-ci ildə robot təqdim edəcək

Ajans.az Bloomberg-ə istinadən xəbər verir ki, robot 7 düymlük displey, robot qolu və kamera ilə təchiz olunacaq. Qurğu 360 dərəcə fırlanaraq həmişə istifadəçi ilə “üz-üzə” ola biləcək. Şirkət daxilində “Pixar lampası” ləqəbi ilə tanınan cihaz xüsusi versiyalı Siri səs köməkçisi ilə işləyəcək və istifadəçi ilə interaktiv söhbətlər apara biləcək. Robot internetdə məlumat axtarmaq, göstərişlər vermək, təqvimdə tədbirlər planlaşdırmaq, “ağıllı ev” cihazlarını idarə etmək və FaceTime zəngləri həyata keçirmək imkanına sahib olacaq. Mənbələr bildirir ki, hazırda cihaz prototip mərhələsindədir və Apple texniki çətinliklər səbəbindən layihənin təqdimatını təxirə sala bilər. Şirkət həmçinin təkərli və mexaniki əlli başqa bir robot üzərində də işləyir.

Fevral ayında Apple mühəndisləri ağıllı funksiyaları nümayiş etdirmək üçün eksperimental robot-lampa hazırlayıblar. Cihaz jestlərlə idarə oluna bilir — məsələn, işıq mənbəyini istifadəçinin göstərdiyi istiqamətə yönəldə bilər.

Избранный
49
Ajans.az

1Источники