RU

Masallıda narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib

Bakı, 14 avqust, AZƏRTAC

Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi "Mercedes" markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin olunub və onun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Qadir Kərimov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Избранный
54
21
azertag.az

10Источники