RU

Bütün dünya bu üzükdən danışır - 37 karatlıq sevgi

Bir neçə gündür ki, hər kəs məşhur futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezə evlilik təklifi etməsindən danışır.

Yenisabah.az xəbər verir ki, eyni zamanda Corcinanın üzüyü günlərdir dünya mediasında müzakirə mövzusuna çevrilib.

“Gafla” zərgərlik şirkətinin direktoru Abdulla Beljafla “Vogue” nəşrinə üzüyün detalları barədə ətraflı məlumat verib. pizza sifarişi

O bildirib ki, Ronaldonun hədiyyə etdiyi üzük ümumilikdə 37 karatdır:

“Mərkəzdəki almaz qaş 22, yaxud 30 karat arasında qiymətləndirilir. Ümumi çəkisi təxminən 37 karatdır. Əsas daş zərif uzanması və parlaqlığı ilə tanınan oval kəsilmiş almaz kimi müəyyən edilir. Onun dizaynı lazımsız bəzəkləri rədd edərək, nadir daşların alovunu, aydınlığını və ölçüsünü ön plana çıxarıb".

Zərgərin sözlərinə görə, üzüyün dəyəri 4-5 milyon ABŞ dolları (təxminən 8 milyon 500 min AZN) civarında qiymətləndirilir.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
10
1
yenisabah.az

2Источники