RU

PSJ Superkuboku da qazandı – Video


UEFA Superkuboku matçı Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının qalibi “Tottenhem Hotspur” arasında keçirilib.
Yeniavaz.com
xəbər verir ki, İtaliyanın Udine şəhərindəki “BlueEnergy” stadionunda keçirilən görüşdə Fransa təmsilçisi penaltilər seriyasında qalib gəlib.
Əsas vaxt 2:2 hesabı ilə başa çatıb.
“Tottenhem Hotspur”un qollarına hollandiyalı müdafiəçi Mikki van de Ven və argentinalı müdafiəçi Kristian Romero imza atıb. İkinci hissədə PSJ komandasının heyətində cənubi koreyalı hücumçu Li Kanq İn və portuqaliyalı hücumçu Qonsalo Ramos fərqlənib.
Fransa klubunun futbolçuları penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəlib.
Избранный
68
34
yeniavaz.com

10Источники