Oxu.Az-ın məlumatına görə, Ağdaş rayon sakini Yaşar Həsənov 2014-cü ildə işləmək üçün Rusiyanın Tula vilayətinə gedir.
O, həmin ərazidə taksi sürücüsü işləyən Vicay Cəbrayıllının vasitəsilə rus qadınla tanış olur və onun kirayələdiyi evdə yaşayır. Vicay Cəbrayıllı Yaşara nəsə lazım olsa, kömək edə biləcəyini deyir.
Bir müddətdən sonra Vicay Cəbrayıllı Yaşar Həsənovun Abdul adlı azərbaycanlı ilə tanış olduğunu bilir. V.Cəbrayıllı ondan Abduldan uzaq durmasını xahiş edir və bildirir ki, Abdul onun arxasınca danışır. Y.Həsənov bu barədə Abdulla danışır və Abdul Vicayın yalan danışdığını bildirir.
Bir müddət sonra Y.Həsənova qadının evinə müvəqqəti qeydiyyata düşmək üçün pul lazım olur və o, bu barədə Vicaya müraciət edir. Vicay ona lazım olan məbləği verir və ona qadının evinə qeydiyyata düşməsinə yardım edir. Daha sonra Y.Həsənovla Vicay arasında mübahisə yaranır və Yaşar Vicayın ona yalan danışdığını deyir. Mübahisə zamanı Vicay Yaşarı döyür. Yaşar isə Vicaydan bunun heyfini çıxacağını bildirir.
Hadisədən bir neçə gün sonra Yaşar yenidən Vicaya zəng vurub onunla söhbət etmək istədiyini deyir. Vicay avrtomobili ilə Yaşarı götürüb yaşadıqları yerdən xeyli kənarda yerləşən meşəyə gedir. Onlar maşında mübahisə edir və əlbəyaxa olurlar. Hadisə zamanı Yaşar üzərində gəzdirdiyi bıçaqla Vicaya ürək nayihəsindən zərbə endirir.
Hadisədən sonra Yaşar ərazidən qaçaraq rus tanışının vasitəsilə Ukraynaya, oradan isə Azərbaycana qaçır.
2021-ci ildə Y.Həsənov Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılır. Onun üzərindən narkotik vasitə aşkarlanır.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Y.Həsənov 4 il azadlıqdan məhrum edilir. O, cəzasının 3 il 2 ayını çəkdikdən sonra vaxtından tez azadlığa buraxılır.
Hadisədən bir müddət sonra isə Y.Həsənovun Rusiyada cinayət törətdiyi və axtarışa verildiyi məlum olur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Y.Həsənov saxlanılır və fakta görə cinayət işi başlanır.
10Источники
-
demokrat.azBakıda 54 yaşlı kişi qardaşının evində içki məclisi qurdu, tanışını bıçaqladı ( 20463387)
-
demokrat.azYol polisi sürücülərə müraciət etdi ( 20441124)
-
yeniavaz.comYol polisindən sürücülərə müraciət ( 20438712)
-
demokrat.azDələduzların yeni üsulu: Taksi sürücülərinə tələ qururlar — VİDEO ( 20432742)
-
yeniavaz.comYol polisi sürücülərə müraciət etdi ( 20403708)
-
demokrat.azHövsanda sərxoş kişi arvadına xəsarət yetirdi ( 20378406)
-
demokrat.az36 yaşlı kişi əvvəl qardaşı arvadına xəsarət yetirdi, sonra isə... ( 20351061)
-
demokrat.az36 yaşlı kişi əvvəl qardaşı arvadına xəsarət yetirdi, sonra isə... ( 20351049)
-
demokrat.azMüğənni Səfər niyə öldürüldü? — TƏFƏRRÜAT (VİDEO) ( 20324931)
-
demokrat.azRusiyada azərbaycanlı sürücünü öldürüb Bakıya qaçdı, narkotiklə yaxalandı ( 20322807)