RU

Tayvanda qasırğa - onlarla insan xəsarət alıb

Yazını böyüt
Yazını kiçilt

Tayvanı bürüyən "Podıl" qasırğası nəticəsində 33 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.

Hafta.az xəbər verir ki, bu barədə adanın Fövqəladə Halların İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, ən çox zərərçəkən Taydun və Qaosyun şəhərlərində qeydə alınıb - hər birində 13 nəfər. İtkin düşən şəxs isə dənizdə olan balıqçıdır. Onun axtarışları güclü yağış və güclü külək səbəbilə çətinləşib.

Mərkəz qeyd edib ki, qasırğa elektrik enerjisinin kəsilməsinə səbəb olub. İlkin məlumata görə, 130 mindən çox ev işıqsız qalıb. Hazırda 76 min evə elektrik enerjisinin verilişi bərpa olunub.

Избранный
31
30
hafta.az

10Источники