Aerodromda siqnal meydançasında müxtəlif rəng və formadakı panellər təhlükəsizlik qaydalarını ifadə edir.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.
Məsələn, iki sarı diaqonal xətti olan qırmızı panel enmələrin qadağan olduğunu göstərir.
Ağ rəngli qantel isə yalnız qalxma-enmə zolaqlarından istifadəni bildirir.
Bu işarələr pilotlar və yerüstü xidmətlər üçün mühüm göstəricilərdir.